Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Vətən müharibəsi şəhidi İbrahimov İbrahim Etibar oğlunun əziz xatirəsinə həsr olunmuş Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında baskebol birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin atası Etibar İbrahimova birincilikdən xatirə olaraq fəxri fərman təqdim olunub.

Naxçıvan Basketbol Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və idman idarəsi və Təhsil şöbəsinin birgə təşkil etdiyi birincilikdə 7 komanda iştirak edib. Qalib adını 3 saylı məktəb qazanıb. 17 saylı məktəb 2-ci, 14 saylı məktəb isə 3-cü yeri tutub. Sonda ilk üçlük və komanda üzvlərinə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.