Şəhid və qazi övladları üçün “Zəfər" futbol festivalı keçirilib
- 05 Noy 2021 17:22
- 323
AFFA-nın təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə “ASCO Arena”da şəhid və qazi övladları üçün “Zəfər” futbol festivalı keçirilib.
Rekord.az xəbər verir ki, 120-yə yaxın şəhid və qazi övladının iştirak etdiyi festivalda uşaqlar üçün müxtəlif hərəkətli idman oyunları təşkil olunub.
Uşaqlara dəstək məqsədilə Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçular Vüqar Nadirov, Cavid Hüseynov tədbirdə iştirak ediblər. Sonda uşaqlara AFFA tərəfindən hədiyyə paketləri və toplar verilib. Hədiyyələri Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, Texniki Departament rəhbəri Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, millinin üzvü Emin Mahmudov və veteran futbolçular Vüqar Nadirovla Cavid Hüseynov təqdim ediblər.