Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən - Qəhrəmanlıq salnaməsindən 30 il keçir.

Rekord.az xəbər verir ki, yeni yaradılmış "Xocalı"nın kollektivi bu tarixi faciədə şəhid olmuş qəhrəmanlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Klubun rəhbərliyi, məşqçi heyəti və balaca futbolçular şəhidlərin məzarları önünə gül dəstələri qoyub və "Əbədi məşəl" abidə kompleksinin önündə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.