Şəhriyar 4-cü oldu
- 23 Dek 2019 15:47
- 1246
Şahmat üzrə “Grand Prix 2019” yarışları başa çatıb.
Rekord.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib.
Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı 20 xalla Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub. Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.