Şəhriyar da "Keşlə"də qalır
- 04 İyn 2021 12:00
- 884
"Keşlə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, Bakı təmsilçisi ilə müqaviləsi başa çatan Şəhriyar Əliyevlə yeni müqavilə imzalanacaq.
İmzanın gecikməsinə səbəb müdafiəçinin millinin heyətində olmasıdır. Düzdü, onunla maraqlanan klubların olması da bunda az rol oynamır. Deyəsən, sondu futbolçunu qalmağa razı salmaq mümkün olub.
Baş məşqçi Sənan Qurbanovun sevimli futbolçularından olan Əliyevlə bir illik müqavilənin imzalanacağı gözlənilir.
28 yaşlı futbolçu 2020-ci il "Sumqayıt"dan "Keşlə"yə transfer olunmuşdu.
Xatırladaq ki, Şəhriyar Əliyev başa çatan mövsüm "Keşlə"nin heyətində 31 oyun keçirib və 3 qol vurmağı bacarıb.