Şəhriyar Məmmədyarov 1/4 finalda
- 23 May 2022 16:30
- 562
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlər keçirilib.
Rekord.az xəbər verir ki, “Chessable Masters" adlanan turnirdə ötən gün ilkin mərhələyə yekun vurulub.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilkin mərhələdə keçirdiyi 15 görüşdə 22 xal topayaraq 6-cı olub və 1/4 finala vəsiqə qazanıb. 37 yaşlı qrossmeyster 1/4 finalda çinli Dinq Lirenlə üz-üzə gələcək. Liren ilkin mərhələni 25 xalla üçüncü pillədə bitirib.
Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşacaq. Şahmatçılar bu raundda rapid növündə 4 dəfə görüşəcəklər. Heç-heçə olacağı təqdirdə blits və armageddon oynanılacaq.
“Chessable Masters" turnirinin mükafat fondu 210 000 ABŞ dollarıdır.