![photo](https://www.rekord.az/storage/news/2025_02_06/05b301af_10c8_3233_a7ad_3dcd2d7f98f3_850_1738850887.jpg)
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli oldu
- 16:00
- 35
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, bu, 1/8 finalda tay-brek görüşlərindən sonra bəlli olub.
Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, Rəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək.
Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıblar.
Azərbaycan çempionatı
1/4 final cütləri
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Misrətdin İskəndərov - Aydın Süleymanlı
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Vüqar Əsədli - Teymur Rəcəbov
Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova
Gülnar Məmmədova - Xanım Balacayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Türkan Məmmədyarova - Gövhər Beydullayeva
Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.