Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour”un üçüncü mərhələsində qazancı məlum olub.

Rekord.az xəbər verir ki, rapid və blits üzrə təşkil olunan turniri 10 iştirakçı arasında 7-ci yerdə tamamlayan millimizin üzvü 9500 dollar qazanıb.

Yarışın qalibi olan norveçli dünya çempionu Maqnus Karlsen isə 40 min dollara sahib çıxıb.

Mərhələnin ümumi mükafat fondu 175 min dollar idi.