Şəhriyar üçün “Champions Chess Tour”da sonuncu şans
- 01 Noy 2022 18:00
- 443
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.
Sonuncu raund 14-20 noyabrda keçiriləcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.