"Şəki" klubu basketbolçusu Kris Bartonla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, amerikalı oyunçu Azərbaycan Basketbol Liqasının 4-cü turunda "Gəncə" ilə keçirilən matçda sağ ayaq topuğundan zədələndiyi üçün əməliyyat olunmuşdu.


O, uzun müddət meydanlardan kənarda qalacağı üçün bölgə təmsilçisi ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.