
“Şəki” ilə növbəti oyunu gözləyirik”
- 17 Apr 2025 19:00
- 88
"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-off mərhələsidə "Şəki" ilə ilk oyunu (84:85) dəyərləndirib.
Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.
O, növbəti oyuna kökləndiklərini vurğulayıb:
"Rəqibimizi təbrik edirəm. Növbəti oyunu gözləyirik. Həmin matça uyğun hazırlaşacağıq".
Tərəflər arasında ikinci qarşılaşma aprelin 20-də baş tutacaq.