“Şəki” “Sumqayıt”ı məğlub etdi
- 03 Noy 2024 15:40
- 135
Azərbaycan Basketbol Liqasının 3-cü turunda "Şəki" "Sumqayıt"ı məğlub edib.
Rekord.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyun meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun sonuncu qarşılaşması bu gün Abşeron Olimpiya Kompleksində gerçəkləşəcək. "Sabah" "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da başlayacaq.
Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.