Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektoru və Şəki Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümumtəhsil məktəbləri arasında “Xocalı” soyqırımının 32-ci ildönümünə həsr olunmuş Voleybol idman növü üzrə Şəki şəhər birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə I yerə Qoxmuq kənd tam orta məktəbin komandası, II yerə 20 saylı şəhər tam orta məktəbin komandası, III yerə 5 saylı şəhər tam orta məktəbin komandası layiq görülmüşdür.

Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.