Şəkidə "Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə viktorina
- 02 Mar 2023 08:30
- 434
“5 mart Bədən Tərbiyəsi və İdman günü” 27 fevral – 5 mart 2023-cü il tarixlərdə "İdman Həftəsi" çərçivəsində Şəki şəhər Gənclər və İdman idarəsi və Şəki Təhsil sektoru ilə birgə Şəki 11 saylı şəhər tam orta məktəbin birinci sinif şagirdləri arasında Viktorina keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 50 sual verilib.
Viktorinada 5 sinifdən 127 uşaq iştirak etmişdir. Viktorina qaliblərinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xüsusi hədiyyələri təqdim olunub