28 fevral - 5 mart "İdman həftəsi" çərçivəsində Şəki şəhərində Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnir martın 4-də Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilib.

Açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun müdiri Ariz Əhmədov iştirakçıları "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təbrik edib və onlara uğurlar arzu edib.

Yarışda 15 nəfər qalib adı uğrunda mübarizə aparıb.

Onlardan

1-ci yerə -Məmmədov Məmməd Elməddin oğlu

2-ci yerə - Abdullayev Cahangir Elxan oğlu

3-cü yer - Məmmədov Rəfail Cəfər oğlu

Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin hədiyyələri ilə təltif olunublar.