
“Şəki”dən növbəti qələbə
- 05 Mar 2025 16:20
- 66
"Şəki" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan komanda 16-cı turda "Ordu"nu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 89:74 hesablı qalibiyyəti ilə bitib. Xallarının sayını 28-ə çatdıran "Şəki" birinci pillədə qərarlaşıb. "Ordu" 27 xalla ikincidir.
Bu gün saat 19:00-da "Quba" "Gəncə" ilə üz-üzə gələcək.
Turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.