![photo](https://www.rekord.az/storage/uploads/4/seki-1.jpg)
"Şəki"nin prezidenti 1000 manat söhbətini təkzib elədi
- 09 İyl 2023 15:00
- 420
Yeni mövsümdən II Divizionda mübarizə aparacaq "Şəki"də maddi durumun yaxşı olması, bəzi futbolçuların aylıq 1000 manat maaş qarşılığında komandaya dəvət edilməsi haqda məlumat paylaşmışdıq.
Rekord.az xəbər verir ki, komandanln prezidenti Elgün Hüseynov məsələyə münasibət bildirib.
Saytımıza açıqlamasında Hüseynov bunları deyib: "Bəli, hazırda bir neçə futbolçu var ki, danışıq aparırıq və komandamıza dəvət etmək istəyirik. Amma onların heç birinə aylıq 1000 manat maaş sözü verilməyib. Çünki o qədər maliyyəmiz yoxdur. Keçən ilki heyətdən bəzi futbolçuları saxlayacayıq. Ümumilikdə əsasən gənclərə şans verəcəyik. İnanmıram ki, bu heyətlə də I liqaya vəsiqə qazanaq".