II Liqada mübarizə aparan "Şəki Siti" komandası çətin günlərini yaşayır.

Rekord.az-a daxil olan məlumata görə, komanda rəhbərliyi komandanı ayaqda saxlamağa çalışsa da, xərclər ildən-ilə artır.

Dəstək üçün yerli icra hakimiyyətinə bir neçə dəfə müraciət olunub. Lakin təəssüf ki, heç bir müsbət cavab olmayıb. Halbuki rayon rəhbərliyini əlində kifayət qədər imkanlar var. Birbaşa maliyyə yardımı etməsələr belə, icra başçısının bir kəlməsi ilə hansısa idarə, təşkilat, yaxud iş adamı komandaya müəyyən dəstək ola bilər. Lakin məlumat odur ki, icra hakimiyyəti, ümumiyyətlə, Şəkiyə futbolu lazım bilmir.