Səlahət Ağayev rəhbərliyin maaşla bağlı təklifini geri çevirdi
- 15 May 2020 11:00
- 936
«Neftçi» rəhbərliyi Səlahət Ağayevə yeni təklif irəli sürüb.
Rekord.az xəbər verir ki, bu, müqavilənin müddətini uzatmaqla bağlı deyil.
Onsuz da adıçəkilən qapıçının «ağ-qaralar»la sözləşməsi 2 illikdir və gələn yay başa çatacaq.
Paytaxt təmsilçisi 2020-ci ilin gəlişindən sonra cəmi 1 rəsmi oyunda «çərçivə» önünə keçən kiperdən əməkhaqqısının azaldılmasına razılıq verməsini istəyib. Söhbət hardasa yarıbayarı güzəştdən gedir.
Ağayevin «Neftçi»dəki aylıq qazancı 25000-27500 manat arasında dəyişir. Ümumiyyətlə, onun müqaviləsində bonuslarla bağlı bir neçə bənd var və aldığı pul hər dəfə buna əsasən dəyişir.
Səlahət göstərilən məbləğdən iki dəfə azına razılaşmaq şərtiylə komandada qalmaq təklifini geri çevirib. O, kontrakında göstərilən rəqəmdən aşağı düşməyəcəyini rəsmilərin diqqətinə çatdırıb. (sportinfo.az)