Səlahət Ağayevdən jurnalistlərə qarşı hörmətsizlik
- 08 Okt 2023 12:00
- 993
"Səbail" dünən "Qəbələ" səfərindən vacib 3 xalla döndü.
Rekord.az xəbər verir ki, matçı işıqlandırmaq üçün Qəbələyə xeyli jurnalist də yollanmışdı.
Həmin jurnalistlər matçdan sonra futbolçulara yaxılaşıb açıqlamalar, müsahibələr alırdılar. İnsaf naminə, bu baxımdan heç bir problem yaşanmırdı. Ta ki, "Səbail"in qapıçısı Səlahət Ağayev çölə çıxana qədər. Belə ki, media əhli təcrübəli qapıçıya da yaxınlaşıb fikirlərini öyrənmək istədi. Lakin Ağayev jurnalistlərə danışmaqdan imtina etdi. Hətta qələm əhlinin "o boyda yol gəlib sizin oyunu işıqlandırırıq, ən azı buna hörmətlə yanaş" tövsiyyəsini də qulaq ardına vurdu. O, danışmaq üçün rahat olmadığını bildirdi. Maraqlıdı, "Səbail" hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 2-ci pillə Səlahət üçün raat yer sayılmır ki?
Düzdür, hər bir futbolçunun mediaya danışmamaq kimi bir haqqı var. O cümlədən də Səlahətin. Amma istəilən halda, Ağayev kimi təcrübəli qapçının dünənki hərəkəti kənardan çox pis görünürdü.