“Neftçi”dən ayırılacaq futbolçular arasında adı daha çox hallanan Səlahət Ağayev klubda qala bilər.

Rekord.az xəbər verir ki, klubdan Ağayevə belə bir təklif irəli sürülüb.

Lakin Ağayev “Neftçu”də qalmaq istəyirsə, maaşında azalma olmalıdır. Əvvəlki müqaviləyə görə, sabiq milli üzvü ayına 22 min manat maaş alırdı. Klub rəhbərliyi yeni müqavilədə Ağayevə 15 min manatdan artıq maaş verə bilməyəcəyini bildirib. Qapıçı bu təklifi qəbul edərsı, klubda qala bilər.