![photo](https://www.rekord.az/storage/uploads/4/selahet-1.jpg)
Səlahət ona təklif olunan maaşa razı deyil
- 10 İyn 2021 13:00
- 1025
"Neftçi" yay hazırlıqlarına başlasa da, Səlahət Ağayev hələ ki, məşqlərə qatılmır.
Rekord.az xəbər verir ki, bunun baş tutması üçün Ağayev "Neftçi" ilə yeni müqavilə bağlamalıdır.
Klub tərəfindən yeni müqavilə təklif olunub. Lakin Səlahət bu müqaviləni qəbuk etmək istəmir. Səbəb isə maaşının ötən mövsümlə müqayisədə xeyli aşağı yazılmasıdır. Yəni qapıçı təklif olunan maaşa razı deyil və heç olmasa onun bir qədər artırılmasını istəyir. Məsələyə, gələn həftəyə kimi aydınlıq gələcək.