Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Nil Lennonla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lennonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 49 yaşlı mütəxəssisin göndərilməsinə komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub.

Qlazqo təmsilçisini müvəqqəti olaraq Lennonun köməkçisi Con Kennedinin çalışdıracağı diqqətə çatdırılıb.

“Seltik” Şotlandiya Premyer Liqasında 30 turdan sonra 64 xalla 2-ci sıradadır. Lider “Reyncers”in isə 82 xalı var.

Lennon 2019-cu ilin mayında “Seltik”in baş məşqçisi təyin olunmuşdu.