"Neftçi"nin veteran futbolçusu Səmədağa Şıxlarov bu yaxınlarda Almaniyadan dönüb.

 

Rekord.az xəbər verir ki, bugünə kimi 5 dəfə əməliyyat olunan veteranın növbəti əməliyyata ehtiyacı var.

 

Saytımıza açıqlamasında özü bu məlumatı verib: "Bu yaxınlarda həndbol federasiyasının rəsmisi kimi Norveçdə səfərdə oldum. Ordan da müayinə üçün Almaniyada oldum. Həkimlər növbəti əməliyyatın olunmasını vacib sayıb. Bunun üçün isə 35 min avro lazımdır. Etiraf edək ki, böyük məbləğdir".

 

Qeyd edək ki, Şıxlarovun ayağında ciddi trom problemi var. Veteran futbolçu müxtəlif vaxtlarda 5 dəfə əməliyyat olunub. Təəssüf ki, bu günə qədər nə vaxtı ilə şərəfini qoruduğu "Neftçi"dən nə də AFFA-dan ona heç bir yardım olunmayıb.