Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın formasını geyindiyi "Leninqradka" 16-cı tur çərçivəsində "Uraloçka"nın qonağı olub.

Səfər görüşü hücumçumuzun komandası üçün uğursuz alınıb. Liza və rəfiqələri  3 hissə davam edən matçda quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (23:25, 19:25, 22:25).

Sankt-Peterburq təmsilçisinin xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü 6 dəfə fərqlənib. Səmədova xalların hamısını hücumda qazanıb.