Səmədova çox çalışsa da, komandası uduzdu
- 27 Yan 2020 10:21
- 936
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" 12-ci turda Belarusun "Minçanka" klubu ilə üz-üzə gəlib.
Minskdə baş tutan oyun Liza və rəfiqələri üçün yaxşı başlayıb və onlar hesabda irəli keçiblər. Lakin meydan sahibləri növbəti iki setdə qələbə qazanaraq üstünlüyə yiyələniblər. "Leninqradka" sonrada təşəbbüsü ələ ala bilib və 4-cü hissəni aktivinə yazdırmaqla matçın taleyini tay-brekə daşıyıb. Həlledici setdə isə meydan sahibi daha dəqiq oynayıb. 5 hissə davam etmiş qarşılaşmada voleybolçumuzun komandası 2:3 (25:23, 23:25, 27:29, 25:18, 13:15).
Sankt-Peterburq təmsilçisinin səfərdə məğlub olduğu oyunda yığmamızın üzvü 20 xal qazanıb. Səmədova Belarus təmsilçisini 16 dəfə hücumda, 3 dəfə eyslə, 1 dəfə blokda məyus edib.