Səmədova komandasına qələbə qazandırdı
- 16 Fev 2020 19:38
- 1054
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova Rusiya çempionatında növbəti oyununa çıxıb."Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" 15-ci turda "Dinamo-Metar"la üz-üzə gəlib.
Çelyabinskdə baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Liza və rəfiqələri 3 set davam edən matçda rəqiblərini quru hesabla məğlub ediblər - 3:0 (25:19, 25:18, 25:20).
Sankt-Peterburq təmsilçisinin çətinlik çəkmədən qələbə qazandığı oyunda millimizin üzvü 19 xal qazanıb. Bu göstərici ilə o, qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Səmədova meydan sahiblərini 16 dəfə hücumda, 3 dəfə eyslə məyus edib.