Səmədova komandasının qələbəsində pay sahibi oldu
- 18 Yan 2020 20:20
- 938
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Leninqradka" 11-ci turda "Yenisey"lə qarşılaşıb.
Səfərdə baş tutan görüş hücumçumuzun komandası üçün uğurlu alınıb. 4 hissə davam edən matçda Liza və rəfiqələri 3:1 (25:21, 17:25, 25:21, 25:21).
Sankt-Peterburq təmsilçisinin növbəti xalları qazandığı oyunda millimizin üzvü 15 dəfə fərqlənib. Səmədova meydan sahiblərini 12 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə eyslə məyus edib.