Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa olimpiya təsnifat turnirində ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Niderlandda təşkil olunan turnirdə komandamız ilk görüşünü meydan sahiblərinə qarşı keçirib.

Görüş Niderland kollektivinin qələbəsi ilə yekunlaşıb. 3 hissə davam edən qarşılaşmada millimiz quru hesabla uduzubş

Yığmamızın xalsız qaldığı oyunda hücumçumuz Yelizaveta Səmədova 18 xal toplayıb. O, bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Səmədova meydan sahiblərini 14 dəfə hücumda, 4 dəfə eyslə məyus edib.

Komandamızdan Mariya Kirulyuk 8, Ayşən Abduləzimova 5, Nikalina Başnakova 5, Polina Rəhimova 4, Anastasiya Qurbanova 2 xal qazanıblar.