Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova Rusiya çempionatında ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" Super Liqanın 1-ci turunda "Zareçye Odinçova" klubu il üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş Liza və rəfiqələri üçün uğursuz alınıb. 3 set davam edən qarşılaşmada voleybolçumuzun komandası quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3 (17:25, 21:25, 21:25).

Sankt-Peterburq təmsilçisinin xalsız qaldığı oyunda yığmamızın üzvü 13 dəfə fərqlənib. Səmədova bu xallardan 10-nu hücumda, 3-nü isə blokda qazanıb.