Səmədovanın komandası "Dinamo"ya uduzdu
- 03 Fev 2020 09:03
- 891
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Leninqradka" 13-cü turda Kazan "Dinamo"su ilə üz-üzə gəlib.
Sankt-peterburqda baş tutan oyun Liza və rəfiqələri üçün uğursuz alınıb. "Leninqradka" 4 hissə davam edən qarşılaşmada 1:3 (17:25, 22:25, 25:19, 25:27) hesablı məğlubiyyətə üzülüb.
Komandasının doğma meydanda uduzduğu oyunda millimizin üzvü 16 xal qazanıb. Səmədova Tatarıstan təmsilçisini 15 dəfə hücumda, 1 dəfə blokda məyus edib.