Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumcumuzun şərəfini qoruduğu "Leninqradka" 10-cu turda "Proton"la üz-üzə gəlib.

Sankt-peterburqda baş tutan görüş gərginliyi ilə yadda qalıb. Liza və rəfiqələri 5 hissə davam edən matçda 2:3 (25:22, 20:25, 19:25, 25:17, 9:15) hesabı ilə məğlub olublar.

Komandasının qələbəni son anda əldən verdiyi oyunda millimizin üzvü 12 xal qazanıb. Səmədova qonaqları 10 dəfə hücumda, 2 dəfə blokda məyus edib.