Şəmkir Olimpiya İdman Kompleksinin ot örtüyü yenilənə bilər
- 01 Dek 2023 13:00
- 464
Azərbaycanda daha bir stadionun örtüyü dəyişdirilə bilər.
Rekord.az xəbər verir ki, söhbət Şəmkir Olimpiya İdman Kompleksinin stadionundan gedir.
Hazırkı təbii örtüklü qazon o qədər də yaxşı vəziyyətdə deyil. Kompleks rəhbərliyi bu qazonu dəyişdirib əvəzinə süni örtük döşəməyi düşünür. Əgər maliyyə dəstəyi olarsa, işlərin 2024-cü ilin yayında görülməsi nəzərdə tutulub.