Azərbaycanda daha bir futbol qurğusunun başının üzərini «qara buludlar» alıb.

Rekord.az sportinfo.az-a istinadən xəbər verir ki, Şəmkir stadionu satışa çıxarılıb.

4 hektar ərazisi olan arenaya 4 milyon manat qiymət qoyulub.

Şəmkir stadionu 20 il öncə tikilib. 2004-cü ildə UEFA Kubokunun oyununa ev sahibliyi edib. Eyniadlı komanda yarışın təsnifat mərhələsinin ilk raundunda «Tbilisi» ilə qarşılaşıb və 1:5 hesabıyla uduzub.