photo

"Şəmkir" yenidən qayıdır!

  • 2020-01-12 17:00
  • 937

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə futbolun, xüsusilədə uşaq futbolunun inkişafı məqsədilə rayonun futbol mütəxəssisləri, məşqçiləri ilə görüş keçirib.

Rekord.az xəbər verir ki, görüşdə çıxış edən Alimpaşa Məmmədov “Şəmkir” Futbol Klubunun küçdiyi şanlı tarixdən, qazandığı uğurlardan danışıb, futbolun Şəmkirdə çox sevildiyini, uşaqdan tutmuş böyüyə kimi hər kəsin futbolla nəfəs aldığını bildirib.

İcra başçısı bildirib ki, bu sevginin qarşılığında təməli möhkəm bir klub yaratmaq üçün diqqəti əvvəlcə uşaq futboluna yönəltmək lazımdır.

Əldə etdiyimiz məlumata görə bu görüşdən sonra "Şəmkir"in yenidən bərpası məsələsi gündəmə gəlib. İcra başçısı da bununla bağlı xüsusi tapşırıq verib. İlkin məqsəd "Şəmkir"in növbəti mövsümdən I Divizionda oynamasını təmin etməkdir. Təbii ki sponsorun tapılması yolunda da işlər aparılacaq.

Son xəbərlər