Şəmkirdə boks üzrə nümunəvi çıxışlar
- 27 Dek 2023 10:30
- 334
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimləri Ramiz Yusibov, İntiqam Mikayılov, Emil Məmmədov, Anar Əliyev, İlqar Piriyev iştirak ediblər.
Tədbirdə uşaq və yeniyetmələrin nümunəvi çıxışlarına baxılıbdır. Daha sonra bir qrup uşaq və yeniyetmə idmançıların məşq prosesləri zamanı nizam-intizamı və nümunəvi davamiyyətləri ilə fərqləndiklərinə görə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır.