Şəmkir İdman zalında ciu-citsu üzrə nümunəvi çıxışlar keçirilib. Nümunəvi çıxışlarda Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov və ciu-citsu üzrə məşqçi-müəllim Anar Cavadbəyli iştirak edib.

Rekord.az xəbər verir ki, sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək, Şəmkir rayonunda ciu-citsu idman növünün inkişafına və kütləviliyinə nail olmaq üçün belə tədbirlərin mütəmadi keçirilnəsinin vacib olduğunu vurğulayıb. 

Sonda iştirakçılara uğurlar arzu edibdir.

Məşqçi-müəllim Anar Cavadbəyli qaydalar barədə idmançıları məlumatlandırıb. Daha sonra nümunəvi çıxışlar izlənilib.