Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə futbol üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mahir Şirinov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun Uşaq Gənclər İdman Məktəbinin baş hakimi Əli Əhmədov, məşqçi müəllimlər Seymur Məmmədov, Nemət Namazov, Tofiq Həsənli iştirak edibdir.Onlar öz çıxışlarını edərək qarşıdan gədən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə yarış iştirakçılarını təbrik edib, hər zaman birlik və həmrəy olmağı arzulayıblar.

Turnirdə 58 idmançı olmaqla 8 komanda iştirak edibdir. Yarış oyunun Əsasnaməsinə uyğun olaraq aparılıb. Yekunda 1-ci, 2-ci və 3-cü yer tutan komandalara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.