Şəmkirdə "Gimnastika hamı üçün" tədbiri
- 08 Avq 2024 10:30
- 233
Şəmkir şəhərində əhalinin sağlam həyat tərzinə cəlb edilməsi məqsədilə "Gimnastika hamı üçün " açıq havada məşqlər keçirilib.
Rekord.az xəbər verir ki, bədii gimnastika üzrə məşqçi Lyutvinova Xanım Musayevna tərəfindən gimnastlara, həmçinin yaxın qəsəbə və kəndlərdən gələn uşaqlara ustad dərsləri kecirilib. Müxtəlif yaş kateqoriyasından olan uşaqlar müsiqili-nümunəvi çıxışlar və rəqs hərəkətləri yerinə yetiriblər.
Məşq prosesini valideynlərlə yanaşı şəhər sakinləri də maraqla izləyiblər.
Tədbirdə 53 nəfər uşaq iştirak edibdir.