Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən 12 avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə yeniyetmə və gənclər arasında həndbol idman növü üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov, aparıcı məsləhətçisi Nazilə Hüseynova , Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, UGİM-nin məşqçi müəllimləri və idmançılar iştirak edib.

Turnirdə Şəmkir rayon Gənclər və İdman sektorunun əməkdaşları və UGİM-nin direktoru Namiq Mahmudov çıxış edərək, yarış iştirakçılarını salamlayıb, 12 avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə yarış iştirakçılarını təbrik ediblər.

Turnirdə 42 idmançı olmaqla 6 komanda iştirak edib. Yarış oyunun əsasnaməsinə uyğun olaraq aparılıb və aşağıda adları qeyd olunan komandalar mükafata layiq yerlər tutub.

I yer - Mahmudlu komandası,

II yer - Kür 2 komandası,

III yer – Şəmkir komandası.

Yekunda qalib gələn komandalara Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən diplomlar təqdim olunub.