Şəmkir Olimpiya İdman Kompleksində Vətən Müharibəsinin şəhidi Məmmədov Vacib Zabit oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Şəmkir rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mahir Şirinov, Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri Emin İsmayılov, Şəmkir UGİM-nin təqaüddə olan əməkdar məşqçi müəllim Mikayıl Sadıqov və şəhidin ailə üzvləri çıxış edərək şanlı qələbəmizdən böyük fəxr hissi ilə danışıblar və eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə bu kimi yarışların keçirilməsinin gələcək nəsillər üçün böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Sonda yarışda yüksək nəticə əldə etmiş idmançılar medal və diplomla təltif olunublar.