Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən üzgüçülük idman növü üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov iştirak edibdir.

Nümunəvi çıxışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin üzgüçülük idman növünə marağını daha da artırmaq və təbliğ etməkdir.