Şəmkirdə “Vətən müharibəsi şəhidlərinin xatirəsi”nə həsr olunmuş boks yarışı keçirilib
- 31 Yan 2024 17:15
- 371
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “Vətən müharibəsi şəhidlərinin xatirəsi”nə həsr olunmuş 2010-2011-ci il təvəllüdlü idmançılar arasında boks üzrə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, tədbirdə 55 nəfər idmançı iştirak edib.Yekunda qalib gələn idmançılara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.