Şəmkirdə yeni yaranan "Qala" komandası növbəti mövsüm I Divizionda oynamaq istəyir.

Rekord.az xəbər verir ki, komanda rəhbərliyi bu məqsədlə AFFA-ya müraciət etmək istəyir.

Düzdür, yeni yaranan komanda minimum 3 il "Region Liqası"nda oynadıqdan sonra I Divizionda iştirala bağlı federasiyaya müraciət edə bilər. Bununla belə, "Qala" komandası AFFA-nın güzəşt edəcəyinə ümid edir.