Şəmkirdə yeniyetmələr arasında mini futbol turniri keçirilib
- 15 Sen 2023 20:15
- 278
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında mini futbol idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimləri Nemət Namazov, Əli Əhmədov və idmançılar iştirak etmişdir.
Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Şəmkir rayon Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov, UGİM-nin məşqçi müəllimləri Nemət Namazov və Əli Əhmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb, ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barəsində çıxış ediblər.
Turnirdə 30 idmançı olmaqla 6 komanda - Kür 1, Kür 2, Mahmudlu 1, Mahmudlu 2, Şəmkir 1, Şəmkir 2, komandaları iştirak etmişdir. Yarış oyunun Əsasnaməsinə uyğun olaraq aparılıb. Aşağıda adları qeyd olunan komandalar yer tutmuşdur:
I yer – Şəmkir 1 komandası,
II yer - Kür 1 komandası,
III yer - Mahmudlu 1 komandası.
Yekunda qalib gələn komandalara Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən diplomlar təqdim olunub