Şəmkirdə “Zəfər günü”-nə həsr olunmuş minifutbol turnir keçirilib
- 05 Noy 2023 18:00
- 340
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş mini futbol idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, məşqçi müəllimlər Tofiq Həsənli, Nemət Namazov, Seymur Məmmədov, baş hakim Əli Əhmədov və idmançılar iştirak edib.
Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Şəmkir rayon Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov, UGİM-nin direktoru Namiq Mahmudov, məşqçi müəllimlər Tofiq Həsənli, Nemət Namazov, Seymur Məmmədov, baş hakim Əli Əhmədov çıxış edərək, yarış iştirakçılarını salamlayıb, 8 Noyabr “Zəfər günü” münasibəti ilə hər kəsi təbrik ediblər.
Turnirdə 50 idmançı olmaqla 8 komanda iştirak etmişdir.
Yarışda:
1-ci yerə Mahmudlu komandası, 2-ci yerə Kür komandası, 3-cü yerə Şəmkir komandası layiq görülüb.
Qalib gələn komandalara Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən diplomlar təqdim olunub.