Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində ''Zəfər Günü''-nə həsr olunmuş yunan-roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın rəsmi hissəsində Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə sektor müdiri Elşən Ələsgərov, Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə sektor müdiri Emin İsmayılov, Şəmkir UGİŞM-nin direkrotu Ramin Hüseynov, Şəmkir UGİM-nin direktoru Namiq Mahmudov, Şəmkir UGİŞM-nin əməkdaşı İsmət Məmmədov iştirak ediblər.

Çıxış edən natiqlər ''Zəfər Günü''-nün mahiyyəti, əldə olunmuş möhtəşəm qələbədən geniş söz açaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışa rəhbərliyi yunan-roma güləşi üzrə baş məşqçi Vəfadar Mustafayev həyata keçirib.

Yarışda ümumilikdə 14 şəhər və rayondan 260-dan idmançı iştirak edib. Qaliblər medal və fəxri fərmanlarla təltif olunublar.