Şəmkir şəhər Şiştəpə İdman Klubunda 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş sərbəst güləş üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir UGİM-nin təqaüddə olan əməkdar məşqçi müəllimi Mikayıl Sadıqov, Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək şanlı qələbəmizdən böyük fəxr hissi ilə danışıblar. Sonda yarışda yüksək nəticə əldə etmiş idmançılar diplomla təltif olunublar.