Sənan Qurbanov çətin vəziyyətdə: köməkçiləri korona tutub, biri əməliyyat olunacaq
- 09 Sen 2021 17:00
- 806
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov koronavirus keçirən köməkçilərinin xdimətlərindən məhrum qalıb.
Rekord.az xəbər verir ki, gənc mütəxəssis sport24.az-a açıqlamasında fiziki hazırlıq üzrə köməkçisi Əli Muradovla Kamal Quliyevin hələ də iş başına qayıtmadıqlarını bildirib.
Qurbanov Muradovun ümumiyyətlə, klubda işini davam etdirə bilməyəcəyini gizlətməyib: "Ağır keçiriblər "korona"nı, həkimlər icazə vermir. Əlinin agciyərlərinin müalicəsi zamanı başqa problemi ortaya çıxıb və əməliyyat olunub. Yəqin ki, bizimlə davam etməyəcək, hər halda, buna şansı çox azdı. Çünki uzun vaxt lazımdı müalicə olunmasına, işə qayıtmasına. Bu dəqiqə sağlamlığına başı qarışıb Əlinin, bir neçə ay lazımdı özünə gəlməsinə. Kamal da həkim nəzarət altında müalicə alır, qayıdışını gözləyirik. Bu, həqiqətən xeyli çəkdi" .
Xatırladaq ki, Qurbanov keçən turdan bu yana, 3 həftəyə yaxındı iki köməkçisi ilə çalışır. Bunlar uzun illərdi, "Keşlə" hələ "İnter" adlanandan işləyən Zaur İsmayılovla qapıçılarla çalışan Cəmaləddin Əliyevdi.