«Keşlə»nin baş məşqçisi Sənan Qurbanovun xeyirxah əməli məlum olub.

Rekord.az xəbər verir ki, 3 ay öncə sabiq «bankirlər»i çalışdırmağa başlayan mütəxəssis aldığı maaşın bir hissəsini hər ay ehtiyacı olanlara paylayır.

Paytaxt təmsilçisi Qurbanova 6000 manat əməkhaqqı ödəyir. O isə hər dəfə bu pulun 500 manatını ağır şərtlər altında yaşayan insanlar arasında bölüşdürür. (sportinfo.az)